İyul 27, 2015 08:41 Asia/Baku
  • Zərif Nəcəf-Əşrəfə daxil olub
    Zərif Nəcəf-Əşrəfə daxil olub

İran xarici işlər naziri iki günlük regional səfərinin davamında Küveyt və Qətərdən səfərdən sonra bazar günü gecə İraqın Nəcəf şəhərinə daxil olub.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Məhəmməd Cavad Zərif bazar ertəsi günü Əmirəl-Möminin Əlinin (ə) müqəddəs ziyarətgahını ziyarət etdikdən sonra təqlid mərcələri, o cümldən Ayətullah Sistani ilə Nəcəfdə görüşərək danışıqlar aparıb.
İran xarici işlər naziri bu gün günortadan sonra Bağdada gedəcək və prezident Fuad Məsum, baş nazir Heydər əl-İbadi, parlament sədri Səlim əl-Cəburi, xarici işlər naziri İbrahim Cəfəri ilə görüşərək beynəlxalq, regional məsələlər, ikitərəfli əlaqələr və nüvə anlaşması barədə danışıqlar aparacaq.

Teqlər