Avq 05, 2015 08:25 Asia/Baku
  • M. Pak Ayinin Azərbaycan heyətinin İran səfəri haqda fikirləri
    M. Pak Ayinin Azərbaycan heyətinin İran səfəri haqda fikirləri

İranın Bakıdakı səfiri Azərbaycan Respublikası heyətinin İrana səfərini müsbət adlandıraraq, deyib ki, Azərbaycan Respublikası Qafqaz ilə əlaqədə İranın darvazası ola bilər.

ISNA-nın məlumatına görə, Möhsün Pak Ayin özünün şəxsi Facebook səhifəsində Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İran səfərinə toxunaraq, bu səfəri iki ölkə əlaqələri tarixində yaxşı bir hadisə adlandırıb.
İranın Bakıdakı səfiri Azərbaycan Respublikası heyətinin İran rəsmiləri ilə müzakirərinə işarə edərək, bildirib: Rəşt-Astara dəmiryolunun Azərbaycan Respublikasının ümumölkə dəmiryoluna qovuşması müsbət etaplara çatıb. O, qeyd edib ki, bu addım dəmiryolu vasitəsilə İranı Avropaya, Azərbaycan Respublikasını da Fars Körfəzi sularına qovuşduracaq.
Pak Ayin qeyd edib ki, iki ölkənin Xəzər dənizində müştərək sərmayə yatırması müxtəlif neft və qaz səhələrində müştərək investisiyalar üçün münasib başlanğıc ola bilər.
İran səfiri öz qeydlərində əlavə edib: İranın Şahdəniz qaz yatağının genişləndirilməsindəki iştirakından əlavə, iki ölkə Xəzər dənizində müştərək yataqların inkişafı və qaz ixracatı sahəsində də əməkdaşlıq edə bilər.

Teqlər