May 07, 2024 14:15 Asia/Baku
  • ABŞ səfiri Şuşaya səfər məcburiyyəti

Azərbaycan Respublikasının ümumi fikri və medialarının təzyiqləri nəticəsində ABŞ-ın Bakıdakı səfiri nəhayət Şuşaya səfər etməli olub.

2020-ci ildə Şuşa da daxil Azərbaycan Respublikasının işğal altında olan ərazilərinin azad olunmasından sonra bu ölkədəki bir çox xarici diplomatlar həmin ərazilərə baxış keçirmişlər ancaq ABŞ-ın Bakıdakı səfiri bundan boyun qaçırmışdır.

 ABŞ səfiri Mark Libby-nin 4 mayda Bakıda bir qrup jurnalistə müsahibəsində “niyə Şuşaya getmirsiniz” sualına verdiyi cavab Azərbaycan ictimaiyyətini daha da hiddətləndirdi.

O demişdir: “İndiyədək, Azərbaycanın bir neçə regionunda səfərdə olmuşam. Bunun siyasi səbəbləri yoxdur. Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir. Mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm”.

Tanınmış politoloq Elxan Şükürlü səfirin bu açıqlamasına cavab olaraq bildirib: “Cənab Libbi "qaytarımış ərazilər" deyir, amma bu ərazilər 30 ilə yaxın müddətdə Ermənistanın işğalında olubvə Azərbaycan ordusu tərəfindən azad edilib. Təəssüf ki, ABŞ diplomatının dili hələ də Ermənistana münasibətdə "işğalçı" sözünü tutmur”.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərini rəsmən tanımaqdan vaz keçməyə çalışan ABŞ səfiri belə bir çıxılmaz vəziyyətlə üzləşdikdə nəhayət Şuşaya getməli olub.

 “Biz iki aya yaxındır ki bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər nəhayət ki baş tutdu… Qonaqpərvərliyinizə görə təşəkkür edirəm… Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - ABŞ səfiri Mark Libby Cıdır düzündən mayın 6 da yayımladığı videomüraciətində bunları deməklə kifayətlənib və yenə də Şuşanın və digər ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazibütövlüyünün bərpasına heç cür işarə etməyib.

ABŞ-ın əvvəlki səfiri Li Litsenberger də "hələ vaxtı çatmadığına" eyham edərək, Şuşa şəhərinə getməkdən imtina etmişdi.

Xatırladaq ki, İranın Azərbaycan Respublikasındakı səfiri, Seyid Abbas Musəvi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə səfər imkanı yaranan kimi bu ərazilərə baxış keçirmiş və Azərbaycan dövləti və xalqını qələbə münasibəti ilə təbrik etmişdi. Həmçinin İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin Azərbaycan Respublikası üzrə xüsusi nümayəndəsi Əli Əkbər Ocaqnejad da bu vəzifədə fəaliyyətdə olarkən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə birlikdə işğaldan azad olunmuş ərazilərdəki məscidləri ilk ziyarət edən din xadimləri sırasında olub. Ocaqnejad ömür böyü Şuşa məscidində camaat namazı qılmağı allahdan dilədiyini bildirmiş və bu arzusuna çatdıqdan sonra isə Azərbaycan Respublikasının o vaxt separatçıların nəzarətində olan torpaqlarının tam azad olunması və işğalçıların mühakimə edilməsini Allahdan dilədiyini bildirmişdi.