May 07, 2024 10:58 Asia/Baku
  • Heç bir tərəfə İranin təhlükəsizliyinə zərbə vurmaq icazəsi verilməyəcək

İraq Kürdüstanı İqlimi tərəfdən İranın təhlükəsizliyinə xələl gəlməsinə icazə verməyəcəyik.

Heç bir üçüncü tərəfə İraq Kürdüstanı İqlimi tərəfdən İran İslam Respublikasının təhlükəsizliyinə zərbə vurmasına icazə verməyəcəyik. Bunu, İraq Kürdüstanı İqlminin başçısı vurğulayıb.

İraq Kürdüstanı İqliminin başçısı Neçirvan Barzani dünən axşam Tehranda İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli-Əkbər Əhmədiyan-la görüşüb.

Tehranda olmasından və keçirilmiş görüşlərdən məmnunluq ifadə edən Barzani belə deyib: İranın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir və heç bir üçüncü tərəfə İraq Kürdüstanı İqlimi tərəfdən İran İslam Respublikasının təhlükəsizliyinə zərbə vurmasına icazə verməyəcəyik.

İstər- Səddam hökumətilə mübarizə dövründə, istərsə də- ondan sonra və İraqın formalaşmasında İranın etdiyi himayələrə toxunan Barzani İraq Kürdüstanı İqlminin İran İslam Respublikası ilə əlaqələrinin təhlükəsizlik və iqtisadi istiqamətlər də daxil olmaqla bütün cəhətlərdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Barzani-yə İrana xoş gəldiyini bildirən Əli-Əkbər Əhmədiyan da İran İslam Respublikasının İraq Kürdüstanı əhalisi də daxil olmaqla İraq xalqı ilə əlaqələrini çox dərin və qədim tarixi-mədəni əlaqələr adlandırıb. Bildirib ki, bu əlaqələr ortaq amallara söykənməklə formalaşıb və zaman boyu möhkəmlənibdir. Buna görə, sionist rejim də daxil olmaqla heç bir üçüncü tərəfin İran İslam Respublikasının müxalifləri və əks-inqilabçılarla ona xələl gətirməsinə icazə verilməməlidir.