May 07, 2024 11:15 Asia/Baku
  • İran və İraq iqtisadi həmkarlıqlar üzrə sənəd imzalayıblar

İranla İraq arasında iqtisadi əməkdaşlıqlar sənədi imzalanıb.

İranın iqtisadiyyat və İraqın ticarət nazirlərinin iştirakı ilə iki ölkə arasında iqtisadi əməkdaşlıqlar üzrə birgə komissiyanın altıncı iclasının sənədi imzalanıb.

İranın iqtisadi və maliyyə məsələləri naziri Seyid Ehsan Xanduzi və İraqın ticarət naziri Ətir Davud Salman dünən axşam sözügedən iclasın protokolunu imzalayıblar.

İranın investisiya və iqtisadi-texniki yardımlar təşkilatının sədri Əli Fikri əməkdaşlıq sənədinin imzalanması mərasimində deyibdir ki, iki ölkənin birgə komitələri son iki gündəki iclaslarda anlaşmaları yekunlaşdırıblar.

İranın investisiya və iqtisadi-texniki yardımlar təşkilatının sədri qeyd edibdir ki, indiyədək müxtəlif sahələrdə, o sıradan investisiya, nəqliyyat, maliyyə məsələləri, texniki-mühəndislik xidmətlərinin ixracı, birgə sənaye şəhərciklərinin salınması və dəmiryolu qovşağı sahələrində  danışıqlar aparılıb.

İki ölkənin yüksək vəzifəli rəsmilərinin yaxın gələcəkdə keçiriləcək görüşü fonunda sözügedən komissiyada iyirmi üç müştərək sənəd ətrafında müzakirələr aparılıb- deyə, Fikri söyləyib.