Fev 09, 2016 17:48 Asia/Baku
  • İran və Azərbaycan neft məhsullarının Svap edilməsi üzrə əməkdaşlıq edirlər
    İran və Azərbaycan neft məhsullarının Svap edilməsi üzrə əməkdaşlıq edirlər

İran və Azərbaycan neft məhsullarının Svap edilməsi üzrə əməkdaşlıq edirlər

İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə bu gün yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında Beynəlxalq Səhər Kanalının müxbirinin İran ilə Azərbaycanın Xəzər dənizinin karbohidrogen ehtiyatlarının istismarı ilə bağlı birgə layihələri və əməkdaşlıqları ilə bağlı sualına cavab elaraq deyib: Hal hazırda bu istiqamətdə yüksək səviyyəli siyasi təmaslar davam edir.

İran və Azərbaycan iqtisadi və xəzər dənizində müştərək fəaliyyətlərin həyata keçirilməsi sahəsində bir çox əməkdaşlığa malik ola bilərlər.

Bijən Namdar Zəngənə Azərbaycan prezideninin Tehrana səfəri zamanı bir çox sahələr üzrə əməkdaşlıq sənədlərinin yekunlaşdırılacağını və imzalanacağını deyib və bildirib: Neft və qaz sektoru ilə bağlı iki ölkə geniş əməkdaşlıq imkanlarına malikdirlər. Bu da iki ölkənin iqtisadi inkişafına kömək edə bilər.

ZƏngənə neft və qaz yataqlarının istismarı üzrə münasib şəraitin yarandığına da işarə edib və deyib: Bu sahədə iki ölkə arasında fikir mübadilələrinin davam etdirilməsinə ehtiyac var.

Yanvar ayında İran və Azərbaycanın müştərək iqtisadi forumunda iqtisadi əlaqələrin inkişaf etdirilməsi üzrə sənədin imzalanması ilə iki ölkə neft məhsullarının Svap yolu ilə mübadilə edilməsi barədə razılığa gəliblər.