Avq 28, 2016 20:13 Asia/Baku
  • Rəhbərlik Xübreqanı Məclisi Katibliyinin münafiqlər barədəki bəyanatı
    Rəhbərlik Xübreqanı Məclisi Katibliyinin münafiqlər barədəki bəyanatı

Rəhbərlik Xübreqanı Məclisinin Katibliyi bir bəyanat yayaraq, imperializmin imic əldə etmək və İslam Respublikası Quruluşu ilə müxalifət hədəfi ilə terrorçu münafiqlər qruplaşmasını təmizə çıxarmaq üzrə addımını pisləyib.

Rəhbərlik Xübreqanı Məclisinin Katibliyi bu gün bir bəyanat yayaraq, vurğulayıb ki, terrorçu münafiqlər qruplaşması ilə ciddi rəftar və bu qruplaşmanın başçıları və bəzi üzvlərinin mühakimə olunmaları İslam Quruluşunun qorunması çərçivəsində olub və İran xalqının qanına boyanmış münafiqlər qaragüruhundan, özünü göstərmək və fitnəkarlıq fürsətini alıbdır.

Bu bəyanata əsasən, pozğun və terrorçu münafiqlər qaragüruhu imperializmin və mürtəce ölkələrin himayələri ilə İran xalqının haqqında İŞİD terror qruplaşmasının cinayətlərindən daha pis cinayətlər törədib və əgər münafiqlər qruplaşmasının İran İslam İnqilabının sərmayələri və İranın müdafiəsiz xalqından on yeddi min nəfərdən çox insanı qanına qəltan etməsi qarşısında ciddi mübarizə həyata keçirilməsəydi, bu qruplaşma İran xalqının haqqında daha çox cinayətlər törədərdi.