Okt 21, 2016 20:02 Asia/Baku
  • Əli Şəmxani
    Əli Şəmxani

İslam inqilabının böyük rəhbərinin nümayəndəsi və Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib: İraq və Suriyada təkfirçi terrorçular məğlubiyyət ərəfəsindədirlər.

Əli Şəmxani bu gün müxbirlərə deyib: Məhz buna görə də terrorçuların himayədarları onların məğlubiyyət prosesini təxirə salmaq üçün siyasi planlara əl atmaqdadırlar. 

Şəmxani ABŞ rəsmilərinin Qırmızı dənizdə Amerika hərbi gəmilərinin raketlə hədəfə alınmasında İranın əli olmasına dair iddialarına toxunaraq deyib: ABŞ-ın Yəməndəki müttəfiqləri Yəmən xalqı qarşısında ardıcıl məğlubiyyətləri ilə təhqir olunublar və bu məğlubiyyətlərini İrana bağlamaları törətdikləri hərbi cinayətin ağır məsuliyyətindən yaxa qurtarmaq xarakteri daşıyır. 

General Admiral Şəmxani deyib: İran regionun məzlum xalqlarına dəstək yolunu davam etdirəcək və zülmə məruz qalan xalqlar və dövlətləri himayə etdiyi təqdirdə bunu dilə gətirməkdən çəkinməyəcək.

Şəmxani İran İslam Respublikasının son illər ərzində fələstinli müqavimət qruplarına silah dəstəyinə toxunaraq deyib: Ölkəmizin ən yüksək səviyyəli şəxsi tərəfindən də açıq-aşkar dilə gətirilən bu prosses məzlum Fələstin xalqını müdafiə və onun sionist rejimin hücumları qarşısında özünü müdafiə gücünü artırmaq məqsədi ilə davam etdiriləcək. 

Teqlər