Dek 06, 2016 11:57 Asia/Baku
  • Laricani: Regiondakı savaşlar sionist rejimin planlarındandır
    Laricani: Regiondakı savaşlar sionist rejimin planlarındandır

İran İslam Şurası Məclisinin sədri deyib: Regionda savaşların davam etməsi sionist rejimin islami ölkələrin gücünü zəiflətmək üzrə planlarındandır.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani dünən Tehranda İndoneziya Məşvərət Məclisinin sədri Zulkifli Həsən ilə görüşdə əlavə edib: Xarici hərbi müdaxilə və terror qruplarının fəaliyyətləri regionda terrorizmin güclənməsinə və problemlərin davam etməsinə bais olubdur.

Laricani həmçinin siyasi danışıqları Myanmadan tutmuş Asiyanın qərbinədək olan bir ərazidə mövcud olan böhranlara son qoyulmasının yeganə həll yolu adlandırıb və bildirib ki, İranın regionda mövcud olan böhranların həlli üzrə strategiyası dialoq və müzakirədir.

İndoneziya Məşvərət Məclisinin sədri Zulkifli Həsən də bu görüşdə İranı dünyada və regionda mühüm və təsiredici bir ölkə adlandırıb və belə deyib: Sionist rejim və dünyadakı İslam düşmənləri islami sivilizasiya və abidələri dağıtmaq ardıncadırlar ki, bu da müsəlman xalqların sayıqlığını tələb edir.

Teqlər