Yan 21, 2017 14:50 Asia/Baku
  • Cabiri Ənsari: Astana iclasında məqsəd Suriya böhranının həllidir

İranın Astana iclasında iştirak edəcək heyətinin rəhbəri bu iclasın keçirilməsində məqsədin Suriyada atəşkəsin təsbit edilməsi və bu ölkə hökuməti ilə müxalif qruplar arasında davamlı sülh üçün ciddi danışıqlara şəraitin yaradılması olduğunu bildirib.

İRİB-in məlumatına görə, Suriya sülh danışıqları üzrə Astana iclasında İran heyətinə rəhbərlik edən İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Sadiq Hüseyn Cabiri Ənsari şənbə günü səhər Qazaxıstanın Almati hava limanında İRİB müxbirinə deyib: Biz bu müzakirələrdə tam hazırlıqla iştirak edirik və İranın nümayəndəsi olaraq əvvəlcədən bildirmişik ki, Suriya böhranının hərbi həll yolu yoxdur və dinc və dialoq yolu ilə həll olunmalıdr.

Cabiri Ənsari əlavə edib: Suriya böhranının davam etməsinin bir islam ölkəsinin dağıdılmsı və qırğından başqa nəticəsi olmayacaq.

İran heyəti bu gün Astana şəhərinə daxil olduqdan sonra Rusiya və Türkiyənin ezam etdiyi heyətlərlə öz məsləhətləşmələrinə başlayacaqlar.

Üç ölkə arasında məsləhətləşmədə məqsəd Astana iclasının uğurlu şəkildə keçirilməsinə şərait yaratmaqdır.

Astana iclası Qazaxıstan hökumətinin ev sahibliyi, Rusiya, İran və Türkiyənin nəzarəti ilə 23 və 24 yanvarda keçiriləcək.

Bu iclas Suriyada atəşkəsin təsbit olunması, terrorizmlə təsirli mübarizə, Suriya hökuməti və müxalifləri arasında suriyalı-suriyalı dialoqlar kimi məqsədləri öz gündəminə salıb.

Teqlər