Fev 22, 2017 10:12 Asia/Baku
  • Vilayəti: İran Türkiyənin şəraitini dərk edir
    Vilayəti: İran Türkiyənin şəraitini dərk edir

İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin direktoru deyib ki, İran Türkiyənin şəraitini dərk edir. O, bildirib ki, Ankara hər bir cəhətdən təzyiqdədir və bu ölkədə çevrilişin təsirləri müşahidə olunmaqda davam edir.

İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Əkbər Vilayəti dünən axşam Tehranda Suriya məclisinin sədri Hədiyyə Abbas ilə görüşün kənarında Türkiyə rəsmilərinin İrana qarşı son sözləri barədə qeyd edib ki, Ankara Suriyada elan olunmuş hədəflərindən heç birinə çatmayıbdır.

"Türkiyə başçıları gözləyirdilər ki, Dəməşqin Öməvi məscidində namaz qılacaqlar" deyən Vilayəti vurğulayıb: Bu qeyri-mümkün arzu reallaşmadı və reallaşmayacaq da və son qalib, Suriyanın xalqı və dövlətidir.

İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin direktoru həmçinin Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyrin Münhen Təhlükəsizlik Konfransındakı son əsassız iddiaları barədə deyib: İran onun əsassız və qeyri-aqilənə sözlərini eşitməyə adət edib və bu sözlərə önəm vermir.

Vilayəti İranın İraq və Suriya dövlətlərinin rəsmi dəvətləri ilə bu ölkədə iştirak və onlara məsləhət yardımları etdiyini xatırladaraq, söyləyib: Dəvətsiz və icazəsiz bu ölkəyə girmiş kəslər təcavüzkardırlar və İraq və Suriyadan çıxıb getməlidirlər.

İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin direktoru vurğulayıb: Təcavüzkar ölkələr ya özləri bu iki ölkəni tərk etməlidirlər, ya da ki, Suriya və İraqın xalqları onları çıxaracaqlar.

Türkiyənin prezidenti və xarici işlər naziri, həmçinin Ərəbistanın xarici işlər naziri özlərinin əsassız anti-İran iddialarında Tehranı region ölkələrinin işlərinə qarışmaqda ittiham ediblər.

Teqlər