Fev 23, 2017 10:47 Asia/Baku
  • Laricani: Dünya Fələstini himayə üzrə birləşməlidir
    Laricani: Dünya Fələstini himayə üzrə birləşməlidir

İran İslam Şurası Məclisinin sədri çərşənbə günü Oman Parlamentinin sədri ilə görüşdə İslam Dünyası və regionun ən mühüm məsələlərindən olan Fələstin məsələsi barədə deyib: Dünya Fələstini himayə üzrə birlik və həmrəyliyə malik olmalıdır.

İRNA-nın məlumatına görə Əli Laricani "Fələstin İntifazəsini Himayə" konfransında iştirak etmək üçün Tehrana səfər edən Oman parlamentinin sədri Xalid bin Hilal bin Nasir Əl-Məuli ilə görüşdə deyib: Oman Sultan Qabusun rəhbərliyi altında regionda ağıllı və məntiqli bir mövqeyə və rola malikdir və Omanın Fələstin məsələsi daxil olmaqla regional məsələlərdə ciddi rol oynaması lazımdır. 

Laricani həmçinin, İran və Oman arasındakı yaxşı əlaqələrə işarə və ümidvarlıq edibki, bu əlaqələr gələcəkdə daha da inkişaf etsin. 

Oman parlamentinin sədri Xalid bin Hilal bin Nasir Əl-Məuli də bu görüşdə "Fələstin İntifazəsini Hİmayə" konfransının uğurla keçirilməsini alqışlayıb və deyib: Bəzi ölkələr Fələstin məsələsində səhlənkarlığa  yol veriblər. Amma, bu konfransda, bu sahədə əldə olunan uğurları hiss etmək mümkün idi. 

Xalid bin Hilal bin Nasir əl-Məuli həmçinin, İran və Oman arasındakı əlaqələrin genişləndirilməsinə təkid edib və deyib: İki ölkə əlaqələri ötən illərdə son dərəcə yaxşı olub və ümdidvaram bundan sonra da yeni inkişafların şahidi olsun. 

6-cı beynəlxalq Fələstin İntifazəsini Himayə konfransı İnqilab Rəhbərinin bəyanatı ilə cümə axşamı Tehranda işə başladı. 80 ölkədən gəlmiş tanınmış simaların iştirak etdiyi bu konfrans cümə günü bir bəyanat qəbul edərək, öz işini başa vurdu. 

Teqlər