Fev 25, 2017 13:47 Asia/Baku
  • İran və Türkiyə politoloqlarının birgə iclası

Türkiyənin İranşünaslıq Mərkəzinin İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Bürosu ilə "İran və Türkiyə Bir Qayıqda" adı altında ilk birgə iclası keçirilib.

İranın Türkiyədəki səfiri Mohəmməd İbrahim Taheriyan fərd dünən bu iclas barədə IRNA-ya deyib: Bu ixtisaslaşdırılmış iclasda iranlı baş tədqiqatçılar, eləcə də Tehranda yaşayan türkiyəşünaslar və Türkiyə heyətinin üzvləri iki işçi qrup formasında müxtəlif məsələlər bardə danışıb və özlərinin ekpertcəsinə və siyasi baxışlarını açıqlayıblar.

Taheriyan fərd əlavə edib: Ekspertlər bu qənaətdə olublar ki, əksər ikitərəfli problemlər qeyri-real və iki ölkənin regiondakı ixtilaflarına görə formalaşmış yanlış qənaətlərə söykənibdir.

O, söyləyib: İran və Türkiyə hər bir digər oyunçudan daha çox regionda ixtilafların həlli səlahiyyətinə malikdirlər və regional ixtilafların həlli də ikitərəfli əlaqələrdə səmərəli həmkarlıqdan asılıdır və bu əlaqələr gücləndirilməlidir.

İranın Türkiyədəki səfiri belə qeyd edib: Bu iclasın iştirakçıları həmçinin bildiriblər ki, müştərək taleyə və təhdidlərə, yəni iki tərəfin vahid qayıqda yerləşməsi və hər biri tərəfindən uduş-məğlubiyyət oyunu imkanının olmamasına görə, eləcə də hazırkı şəraitdən çıxmaq üçün iki tərəfin medialarının bir-birinin torpağında fəaliyyəti imkanının yaradılması zəruridir.

Teqlər