Fev 25, 2017 19:15 Asia/Baku
  • İran komandası atıcılıq üzrə dünya çempionatında dördüncü olub

İranın pnevmatik tüfəngdən on metr məsafəyə atəşaçma üzrə Hüseyn Baqeri və İlahə Əhmədidən ibarət komandası Hindistanda keçirilən atıcılıq üzrə dünya çempionatında dördüncü yeri qazanıb.

IRIB-nin məlumatına görə, ilk dəfə olaraq rəsmi şəkildə keçirilən yarışların bu dövründə 1-ci Çin, Yaponiya və 2-ci Çin komandaları müvafiq olaraq birinci-üçüncü yerləri tutublar.

49 ölkədən olan 409 idmançının iştirakı ilə Hindistanda keçirilən atıcılıq üzrə dünya çempionatı hazırda davam etməkdədir.

Teqlər