Apr 15, 2017 20:02 Asia/Baku
  • Ruhani seldən zərərçəkənlərə yardımın sürətləndirilməsini vurğulayıb

İran prezidenti Şərqi və Qərbi Azərbaycan və Ərdəbil ostanlarında seldən zərərçəkənlərə yardımın sürətləndirilməsini vurğulayıb.

Cümə günü İranın Şərqi və Qərbi Azərbaycan və Ərdəbil ostanlarında güclü və nadir bir yağıntı çayların daşmasına və bu üç vilayətin bəzi məntəqələrində selə səbəb olubdur.

İndiyədək Şərqi Azərbaycan ostanındakı seldə həlak olanlardan 41 nəfərin cəsədi tapılıb və digər cəsəd və itkinlərin axtarışı üzrə səylər davam edir.

Prezident aparatının informasiya portalının məlumatına görə, İranın prezidenti Həsən Ruhani bu gün Qərbi Azərbaycan valisi Qurbanəli Səadət,  Şərqi Azərbaycan valisi İsmayıl Cabbarzadə və Ərdəbil valisi Məcid Xodabəxş ilə ayrı-ayrılıqda telefon danışıqlarında seldən zərər çəkənlərə yardım, seldən zərər çəkənlərin vəziyyətinə sürətlə baxılması və hadisədə itkin düşənlərin tapılması üçün bütün imkanların səfərbər edilməsi barədə lazımi göstərişlər veribdir.

Ruhani əlavə edib: Şərqi və Qərbi Azərbaycan və Ərdəbil ostanlarının və lazım gələrsə, qonşu vilayətlərin bütün imkanları seldən zərər çəkənlərə yardım istiqamətində səfərbər olunmalıdır.

İran prezidenti həmçinin üç ostanda seldən zərər çəkənlərə yardımın gedişatı və xəsarətlərin miqdarı ilə tanış olub.

Ruhani bundan öncə də Şərqi və Qərbi Azərbaycan və Ərdəbil ostanlarında seldən zərər çəkənlərə yardım istiqamətində energetika naziri Həmid Çitçiyanın başçılığı ilə bir heyət göndərmişdi.

Teqlər