Apr 26, 2017 19:08 Asia/Baku
  • İran XİN-i Türkiyənin İraqa hava təcavüzünü pisləyib
    İran XİN-i Türkiyənin İraqa hava təcavüzünü pisləyib

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyənin İraqa hava təcavüzünü pisləyərək bu hərəkəti İraqın suverinliyi və ərazi bütövlüyünün pozulması adlandırıb.

Türkiyənin hərbi təyyarələri dünən səhər İraqın Neynəva vilayətinin Səncar şəhərini bombalayıblar. Bu əməliyyatın bəhanəsi PKK-çıların mövqelərini hədəfə almaq olub. Bu hücumda bir neçə nəfər ölüb. 

İRİB-in verdiyi məlumata görə, İİR XİN sözçüsü Bəhram Qasimi Türkiyənin Səncar bölgəsinə hava təcavüzu məsələsində bu barədə İraq dövlətinin mövqeyini dəstəkləyib. 

Bəhram Qasimi deyib: Ölkələrin suverinliyinin pozulması, hər hansı niyyət və əsaslandırma ilə olur-olsun tanınmış beynəlxalq qanunlara ziddir və regionda destabilliyi artırır.

Teqlər