May 24, 2017 13:46 Asia/Baku
  • Ayətullah Nuri Həmədani Ali-Xəlifənin repressiyasını pisləyib

Qumda böyük təqlid mərcələrindn Ayətullah Hüseyn Nuri Həmədani bir müraciətdə Ali-Xəlifə rejimi qüvvələrinin tanınmış ruhani Şeyx İsa Qasimin mənzilinə hücumunu pisləyib.

İRİB-in məlumatına görə, Ayətullah Nuri Həmədaninin müraciətində bildirilir: Çox təəssüflə, bir daha Ali-Xəlifə rejiminin Şeyx İsa Qasimin mənzilinə basqın etməklə öz alçaqlığı və xəbisliyini dünyaya nümayiş etdirməsinin şahidi olduq. Belə ki, bu rejimin amerikalı, ərəbistanlı və qərbli ərbablarının əmrlərinin icraçısı olduğunu əks etdirir.

Bu müraciətdə bildirilib: Təəssüflər olsun ki, insan haqlarının yalançı iddiaçıları və İslam Əməkdaşlıq Təşkilatı öz dəhşətli sükutunu davam etdirir və bu sükutla məzlum bəhreynlilərin qırğın edilməsini təsdiqləyirlər.

Ayətullah Nuri Həmədani bu müraciətdə müsəlman Bəhreyn vətəndaşları və Şeyx İsa Qasimə dəstəyini elan edib və bu dini alimin qeyd-şərtsiz azad olunması və müsəlmanların birliyini vurğulayıb.

Bəhreyn məhkəməsinin tanınmış ruhani Şeyx İsa Qasimin həbs və əmlakının müsadirə olunmasına dair qərarından və ictimai etirazların artmasından sonra, Ali-Xəlifə rejimi qüvvələri çərşənbə axşamı günü şeyx İsa Qasimin yaşadığı Əd-Duraz məhəlləsinə hücum ediblər. Bu qarşıdurmada 5 nəfər həlak olub, 100 nəfər yaralanıb, 280 nəfər də saxlanılıb.

Bəhreyn hərbçiləri ABŞ və Səudiyyə Ərəbistanının dəstəyi ilə  Şeyx İsa Qasimin yaşadığı məkanı mühasirəyə alıblar. 

Teqlər