May 25, 2017 17:48 Asia/Baku
  • General Əmir Əli Hacızadə
    General Əmir Əli Hacızadə

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın aviasiya və kosmonavtika qüvvələri komandanı Sepah tərəfindən 3-cü raket zavodunun yaradılmasından xəbər verib.

İRNA-nın məlumatına görə, General Əmir Əli Hacızadə cümə axşamı Sepah tərəfindən 3-cü raket zavodunun təsis edilməsindən xəbər verib və deyib: İran Pilotsuz Uçan Aparatların(PUA), lokatorların, elektron təchizatların və havadan müdafiə qurğularının istehsalı baxımından regionda ilk yerə malikdir. 

General Hacızadə əlavə edib: İranlı mütəxəssislər yer-yer tipli raketlərin istehsalına nail olublar. Belə ki, bu raketlərin istehsal prosesinin bütün mərhələləri ideya mərhələsindən tutmuş yekun məhsula kimi olan bütün mərhələləri ölkə daxilində həyata keçirilir. 

Sepah-ın Aviasiya və Kosmonavtika Qüvvələri komandanı həmçinin İranın güclü hərbi-müdafiə qabiliyyətinə malik olduğunu bildirib və deyib: İranın hərbi və təhlükəsizlik qüvvələri modern müdafiə qabiliyyətinə malikdir və İslam İnqilabının Ali Rəhbərinin Ali Baş Komandanlığı altında heç bir qüdrət tərəfindən İrana qarşı hücumun həyata keçirilməsinə icazə verməyəcəklər. 

Teqlər