İyun 22, 2017 10:59 Asia/Baku
  • İran İslam Respublikası prezidenti
    İran İslam Respublikası prezidenti

İran İslam Respublikası prezidenti şəhidlik və fədakarlığı son dərəcə böyük dəyərlər adlandırıb və deyib: İran xalqının bütün uğurları fədakarlıqlar və Allah yolunda cihadın nəticəsidir.

Prezident Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Həsən Ruhani çərşənbə günü axşam şəhid və fədakar ailələri ilə birgə iftar ziyafətində deyib: Fədakarlıq İran İslam İnqilabının qələbə çalmasında ən önəmli amil idi və bu amil 8 illik müqəddəs müdafiə dövründə də İrana qarşı beynəlxalq fitnə qarşısındakı qələbədə ən təsirli amil olmuşdur. 

İran prezidenti şəhidlik yolunun hələ də açıq olduğuna işarə edərək, deyib: Bəsic qüvvələri, Sepah qüvvələri, ordu, hüquq mühafizə qüvvələri, sərhədçilər və İranın nüvə elmi yolunda şəhid olanlar habelə, hərəm müdafiəçiləri və son günlər İslam Şurası Məclisi və İran İslam Respublikasının banisi olan İmam Xomeyni(rə)-in məqbərəsində şəhid olanlar sübut etdilər ki, şəhadət yolu hələ də açıqdır. 

Teqlər