İyun 28, 2017 10:28 Asia/Baku
  • Bu gün 7 tir terror partlayışının ildönümü günüdür

Bu gün, 1396-cı günəş ili tir ayının 7-si və 2017-ci milad ili iyunun 28-i, Tehranda İslam Respublikası Partiyasının keçmiş ofisində terror partlayışının 37-ci ildönümü günüdür.

1981-ci il iyunun 27-də, yəni 1360-cı günəş ili tir ayının 7-də Tehranda İslam Respublikası Partiyasının akt zalında güclü bombanın partlaması nəticəsində İranın Ali Məhkəməsinin sədri Ayətullah Mohəmməd Hoseyni Beheşti İranın siyasi və dini şəxsiyyətlərindən 72 nəfərlə bərabər münafiqlər qaragüruhunun ünsürləri tərəfindən şəhid edildi.

7 tir terror əməliyyatı İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneiyə qarşı Tehranın Əbuzər məscidində edilmiş sui-qəsddən düz bir gün sonra həyata keçirildi. Bu, terror əməliyyatı münafiqlər qaragüruhunun İran İslam İnqilabının qələbəsindən sonrakı ilk illərdə həyata keçirdiyi terror əməliyyatlarının təkcə biri idi.

1981 və 1987-ci illərin iyun ayında ABŞ-ın dəstəyilə İranda terror faciələri törədildi ki, İslam İnqilabının Böyük Rəhbərinin tövsiyəsilə “amerikan insan haqlarının ifşası” adlı həftə planlaşdırıldı.

İraqın bəəs rejimi tərəfindən İranın Sərdəşt şəhərinə qarşı kimyəvi bombardman və 290 sərnişinin şəhid olması ilə nəticələnmiş amerikan hərbi gəmisi tərəfindən İranın sərnişin təyyarəsinə birbaşa surətdə raketin atılması Amerikanın İrana qarşı bəşəriyyətə zidd hərəkətlərinin digər nümunələridir.

Amerikanın İraqa qarşı hücumundan və Səddam rejiminin süqutundan sonra da münafiqlər qaragüruhunun ünsürləri Amerika və Avropanın himayəsi altında qərar tapdılar.

 

 

Teqlər