İyul 25, 2017 17:39 Asia/Baku
  • İranın neft yataqlarının inkişaf etdirilməsi üzrə müzakirələr
    İranın neft yataqlarının inkişaf etdirilməsi üzrə müzakirələr

İranın Xəzər neft şirkətinin beynəlxalq məsələlər üzrə şöbə müdiri Ramin Xudafərin qazıntı və kəşfiyyat işləri daxil olmaqla Xəzər dənizinin inkişaf fəaliyyətlərində əməkdaşlıq fürsətlərinin araşdırılması hədəfilə Çin, Rusiya və Norveçdən neft və qaz kəşfiyyatı, həmçinin qazıntısı sahəsində fəaliyyət göstərən şirkətlər və enerji fondlarının nümayəndələri ilə birgə iclasların keçirilməsindən xəbər verib.

IRNA-nın məlumatına görə, bundan öncə İranın Xəzər neft şirkətinin sərəncamçı müdiri Mohsen Delaviz də yaxın gələcəkdə Rusiyanın Lukoyl şirkətilə araşdırma anlaşmasının imzalanması imkanından xəbər vermiş və bildirmişdi ki, bu əməkdaşlıq memorandumu Xəzər dənizinin cənub bölməsinin araşdırılması hədəfilə imza olunacaq.

İranın Milli Neft Şirkətinin tabeliyində olan şirkətlərdən sayılan Xəzər neft şirkəti ölkənin Gilan, Qolestan və Mazəndəran sahil vilayətlərində və Cənubi Xəzər hövzəsində "Hidrokarbon" mənbələrinin kəşfiyyatı, inkişafı və istehsalı məsuliyyətinə malikdir.

Teqlər