Avq 13, 2017 12:51 Asia/Baku
  • İran və İraq arasında təhlükəsizlik üzrə sənəd imzalanıb
    İran və İraq arasında təhlükəsizlik üzrə sənəd imzalanıb

İran və İraq nazirləri ərbəin mərasiminin keçirilməsi barədə qarşılıqlı əməkdaşlıq üzrə təhlükəsizlik razılaşmasını imzalayıblar.

İRNA-nın verdiyi məlumata görə, bu razılaşma bu gün İran və İraqın daxili işlər nazirləri Əbdürza Rəhmani Fəzli və Qasım Əl-Ərəci  tərəfidən Tehranda imzalanıb. 

İmam Hüseyn(ə) ərbəini mərasiminin keçirilmə tərzi , zəvvarların gediş-gəlişi və təhlükəsizliyi, iki ölkə sərhədlərinə nəzarət həmin sənədin əsas prioritetlərini təşkil edir. 

İraqın daxili işlər naziri Qasım Əl-Ərəci Tehrana səfərdən öncə Tehran-Bağdad əlaqələrinin strateji xarakterə malik olduğunu bildirərək demişdi: Qarşılıqlı və regional əlaqələr barədə danışıqlardan əlavə, Hüseyni ərbəin ziyarəti üçün lazımı tədbirlər, zəvvarların hərəkəti istiqamətinin araşdırılması və onların təhlükəsizliyinin təmin edilməsi kimi mövzular iranlı tərəflə müzakirə ediləcək 

Teqlər