Avq 20, 2017 13:12 Asia/Baku
  • General Süleymani: İran regionda stabillik mənşəyidir
    General Süleymani: İran regionda stabillik mənşəyidir

İslam inqilabının keşikçiləri korpusunun Qüds qüvvələrinin komandanı deyib: İran heçvaxt böhran yaratmayıb, təkfirçi yetişdirməyib və bu gün regionda stabillik mənşəyidir.

İRİB-in verdiyi məlumata görə, General Polkovnik Qasım Süleymani bu gün Tehranda məscid günü münasibəti ilə keçirilən tədbirdə deyib: Səudiyyə Ərəbistanı, Ceyşül-İslam, Ceyşül-Hürr və başqaları  kimi terrorçu qrupları İrana qarşı yaratdı amma bu gün İran Suriyada sabitlik mənşəyidir. 

General Süleymani İranın hərbi güclə deyil, məzhəblə, Səudiyyəlilərin regiondakı məzhəb savaşını nəzarətə alacağını bildirərək deyib: İran İslam Respublikası regionda real və sarsılmaz gücə malikdir. 

General Süleymani Möhsün Hücəcinin Suriyada İŞİD terrorçuları tərəfindən şəhid edilməsinə toxunaraq bu şəhidin Məscidin yetişdirməsi olduğunu bildirib və deyib: İranın qərb dünyası ilə problemi, məscid o cümlədən də Məscidül-Əqsa və Məscidül-Həram üstədir. 

General Polkovnik Süleymani Məscidin islam dünyasının dini, siyasi və ictimai həyatı olduğunu bildirərək deyib: Bu gün İran və islam dünyası üçün iki əsas təhdid, məzhəb fitnəsi və xarici hücumdan ibarətdir. 

Teqlər