Sen 09, 2017 15:48 Asia/Baku
  • Həsən Ruhani
    Həsən Ruhani

İran İslam Respublikası prezidenti İslam Əməkdaşlıq Təşkilatının "Elm, Texnologiya və İnnovasiya" adlı sammitində iştirak etmək məqsədi ilə Qazaxıstana səfər etməzdən öncə beynəlxalq təşkilatların Myanmada müsəlmanlara qarşı törədilən kütləvi zorakılığı sükutla izləməsindən təəssüfləndiyini bildirib.

İRİB-nin verdiyi məlumata görə, Həsən Ruhani İƏT-in Qazaxıstanda Elm, Texnologiya və İnnovasiya mövzusunda keçiriləcək sammitinin kənarında Myanma mövzusu ilə bağlı iclasın keçiriləcəyinə işarə edərək, deyib: Myanma mövzusu İslam Dünyasında böyük bir insani faciə sayılır və İslam Dünyası Myanma müsəlmanlarına qarşı zorakılıqlara laqeyd qala bilməz.

İran İslam Respublikası prezidenti həmçinin, İslam Əməkdaşlıq Təşkilatının "Elm, Texnologiya və İnnovasiya" mövzusunda keçiriləcək sammitinə işarə edib və deyib: Bu günkü dünyada ekoloji problemlər, işsizlik, ərzaq təhlükəsizliyi, su və enerji kimi məsələlər elm və texnologiya sahəsinə aiddir.

Ruhani Qazaxıstan sammitinin kənarında bəzi İslam ölkələri başçıları ilə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı danışıqlarının olacağını da deyib.

Teqlər