Sen 22, 2017 12:41 Asia/Baku

Tehran ilə yanaşı İranın bütün şəhərləri o cümlədən bəzi digər ölkələrdə Əhl Beyt(ə) aşiqlərinin iştirakı ilə Hüseyn Südəmərləri mərasimləri keçirilib.

Ümumdünya Hüseyn Südəmərləri Mərasimi Tehranda İmam Xomeyni(rə) adına müsəllada keçirilib. Mərasimdə öz körpə övladları ilə gəlmiş analar iştirak ediblər. 

Ümumdünya Hüseyn Südəmərləri Mərasimi cümə günü səhər İran və dünyanın 41 ölkəsində start götürüb. Südəmər və körpə uşaqları ilə bu mərasimə qatılan analar mərsiyə oxuyub, nalə edərək, İmam Həsənin(ə) övladı həzrət Əli Əsğərin(ə) anasının fəryadına səs veriblər. 

Ümumdünya Hüseyn Südəmərləri Mərasimi məhərrəm ayında keçirilən ayinlərdən biridir və Aşura günü Kərbəlada şəhid olan Əli Əsğərin(ə) xatirəsinə həsr olunub. İran və digər islam ölkələrində bu mərasim Məhərrəm ayının ilk cümə günündə keçirilir. 

Ümumdünya Hüseyn Südəmərləri Mərasimində analar övladlarını eyni formada geyindirər və alınlarına Əli Əsğərin(ə) adı yazılmış lent bağlayarlar. Bununla da Əhl-Beytə olan məhəbbətlərini bəyan etməyə çalışarlar. 

Ümumdünya Hüseyn Südəmərləri Mərasimi hər il Ümumdünya Həzrət Əli Əsğər(ə) Assambleyasının təşəbbüsü ilə və Kərbəlanın 6 aylıq şəhidinin xatirəsini yad etmək üçün keçirilir. 

Bundan öncə Ümumdünya Əli Əsğər(ə) Assambleyasının katibi Davud Mənafipur məhərrəm ayının ilk cümə günündə Hüseyn Südəmərləri Mərasiminin İran və 41 ölkədə eyni zamanda keçiriləcəyini demişdi. 

Teqlər