Sen 22, 2017 16:53 Asia/Baku
  • İran Silahlı Qüvvələrinin hərbi paradında yeni hərbi təchizatlar nümayiş etdirilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Quru Qoşunları bölmələri bu gün Tehranda İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in məqbərəsinin kənarında keçirilən hərbi paradda öz hərbi təchizatlarını nümayiş etdirib.

Sepah-ın Quru Qoşunlarının bu paradda nümayiş etdirilən hərbi təchizatları "Rəxş" və "Şəbdiz" tankları, "Zülcənah" və "Buraq" PDM-ləri, "Zəlzal" raketi və "Fəcr-5" raketatan qurğusu olub.

Sepah-ın aviasiya və kosmonavtika qüvvələri də hərbi parad zamanı öz hərbi təchizatlarını nümayiş etdirib.

Çiyindən atılan "3 Xordad" raket qurğusu, "Təbəs" və "Səyyad" hava hücumundan müdafiə qurğuları, "Rəd-1" və "Tor-m1" raket qurğuları, "Bəşir" lokator sistemi, "Saiqə" sistemi, "Zülfüqar" raketi, ballistik "Xörrəmşəhr" raketi, "Qiyam" raketi, "Qədr-H" və "Qədr-F" raketləri, "İmad" raketii və "Siccil" raketi Sepah-ın aviasiya və kosmonavtika qüvvələrinin parad yürüşündə nümayiş etdirdiyi hərbi təchizatlar olub.

Ballistik "Xorrəmşəhr" raketi ilk dəfə olaraq bu manevrdə nümayiş etdirilib.

Paradın davamında Sepah-ın dəniz qoşunları da öz hərbi qüdrətini nümayiş etdirib.

Müxtəlif növlü sürətli qayıqlar, "Qədir" və "Nəsr" kimi sahil-dəniz raketləri, dəniz minaları və bir sıra digər təchizatlar Sepah-ın dəniz qoşunlarının nümayiş etdirdiyi təchizatlar olub.

İranda Müqəddəs Müdafiə Həftəsinin birinci günündə Tehranda İran İslam Respublikasının banisi İmam Xomeni(rə)-in məqbərəsinin kənarında silahlı qüvvələrin parad yürüşü keçirilib.

İranda 22 sentyabr İraqın İrana qarşı hücumunun və Müqəddəs Müdafiənin başlandığı gün olaraq "Müqəddəs Müdafiə Həftəsi"nin ilk günü elan edilib.

Teqlər