Okt 22, 2017 10:39 Asia/Baku
  • Vilayəti: Nüvə anlaşmasının heç bir başqa şərti olmamalıdır

İranın Məsləhət Şurasının üzvü bildirib: Nüvə anlaşmasının başqa heç bir şərti olmamalıdır.

İranın Məsləhət Şurasının üzvü Əli Əkbər Vilayəti şənbə günü jurnalistlərə verdiyi açıqlamada İranın raket potensialı haqda müzakirə üçün avropalıların son mövqeyi haqda deyib: İranın raket müdafiəsi məsələsi İslam Respublikası quruluşunun qərarı ilə bağlıdır və İran özünü müdafiə etmək üçün heç kimdən icazə almır. 

Vilayəti əlavə edib: İranın raket potensialı İslam Respublikasının qırmızı xətlərindən sayılır və əcnəbilərə aidiyyəti yoxdur. 

İranın Məsləhət Şurasının üzvü həmçinin İranın regiondakı iştirakına da münasibət bildirib: Regionda iştirak etmək haqqı olanlar region dövlətləridir. İran İslam Respublikası da regionun bir parçasıdır və təbii şəkildə İraq, Suriya, Fələstin və Livan kimi müttəfiqlərini dəstəkləyir.