Okt 24, 2017 18:22 Asia/Baku
  • İran və Almaniya terrorizm və narkotik maddələr ilə mübarizəyə habelə, mühacirlərin vəziyyətinə diqqətin göstərilməsinə təkid ediblər
    İran və Almaniya terrorizm və narkotik maddələr ilə mübarizəyə habelə, mühacirlərin vəziyyətinə diqqətin göstərilməsinə təkid ediblər

İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyəti ilə Almaniyanın Daxili İşlər Nazirliyinin nümayəndə heyətii terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotik maddələr ilə mübarizə habelə, xarici ölkə vətəndaşları və mühacirlərlə bağlı məsələlərin həll yolları və gözlənilməz hallar zamanı əməkdaşlıqlar barədə fikir mübadiləsi aparıblar.

İRNA-nın məlumatına görə, İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyəti ilə Almaniya Daxili İşlər Nazirliyinin nümayəndə heyəti arasındakı görüşdə müzakirələrin davam etdirilməsi və yeni əməkdaşlıq sahələrinin araşdırılması məqsədi ilə işçi qruplarının yaradılmasına təkid edilib. Berlində keçirilən bu görüşdə İran heyətinə Seyid Rəməzan Şücayi Kiyasəri başçılıq edib.

Teqlər