Noy 13, 2017 12:15 Asia/Baku
  • BMT baş katibi İran və İraqda baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı verib
    BMT baş katibi İran və İraqda baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı verib

BMT-nin baş katibi İran və İraqda zəlzələdən zərərçəkənlərin kədərini bölüşdüyünü elan etməklə yanaşı, bu təşkilatın zərərçəkmişlərə yardım etməyə hazır olduğunu bildirib.

İRNA-nın məlumatına görə, BMT baş katibi Antonio Quterreşin sözçüsü Stefan Ducarik tərəfindən qiraət olunan bəyanatda BMT və BMT-nin humanitar məsələlər üzrə ofisinin İran və İraqda zəlzələdən zərərçəkənlərə yardım əməliyyatında iştiraka hazır olduğu bildirilir. 

Kanadanın baş naziri Castin Trodo da öz şəxsi Tvitter hesabında paylaşdığı yazıda İran və İraqda zəlzələdən zərərçəkmişlərin kədərini bölüşdüyünü yazıb. 

Dünən gecə İranın qərbində və İraqın bir sıra şəhərində qeydə alınan güclü yeraltı təkanlar Türkiyə, Ermənistan, Küveyt, Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərində də hiss olunub. 

Teqlər