Noy 18, 2017 10:13 Asia/Baku
  • Zəlzələdən zərərçəkmiş Kermanşah ostanında xilasetmə əməliyyatları başa çatıb
    Zəlzələdən zərərçəkmiş Kermanşah ostanında xilasetmə əməliyyatları başa çatıb

İranın qərbində yerləşən Kermanşah ostanı ostandarı zəlzələdən zərərçəkmiş bu ostanda xilasetmə əməliyyatlarının başa çatmasından xəbər verib.

Kermanşahın ostandarı Huşəng Bazvənd cümə günü axşam deyib: Xilasetmə əməliyyatının başa çatmasının ardınca, zəlzələdən zərərçəkənlərin müvəqqəti məskunlaşdırılması mərhələsi həyata keçirilməkdədir. Və zəlzələdən zərərçəkmiş əhaliyə xidmətlərin göstərilməsi də davam edir. 

Kemranşah ostandarı həmçinin deyib: Bazar günü gücə baş vermiş zəlzələdən indiyə kimi 450 afterşok (təkrar yeraltı təkanlar) qeydə alınıb. Təkrar yeraltı təkanların başa çatmasından sonra müvəqqəti məskunlaşdırma əməliyyatı da başa çatmış olacaq. 

Xilasetmə əməliyyatının başa çatması və dağıntıların təmizlənməsi ilə zəlzələdən zərərçəkmiş məntəqələrdə dağılan və yararsız hala düşən mənzillərin bərpa edilməsinə başlanılacaq. Deyilənlərə görə, bu mərhələyə də tezliklə start verilməlidir. 

Bazar günü gecə İranın qərbində rixter şkalası ilə 7.3 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 436 nəfər həyatını itirib, 10203 nəfər isə yaralanıb. 

Teqlər