Noy 23, 2017 14:07 Asia/Baku
  • General Baqeri: İranın silahlı qüvvələri İŞİD kimi oxşar fitnələr ilə mübarizəyə hazırdır

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İranın silahlı qüvvələrinin İŞİD-ə oxşar fitnələrin baş verməsinin qarşısını almaq üzrə hərtərəfli hazırlığını vurğulayıb və deyib ki, İran silahlı qüvvələri düşmən cəbhəsini fəth etməyə davam edəcək.

General-leytenant pasdar Mohəmməd Baqeri İslam müqaviməti cəbhəsinin əzəmətli qələbəsi və qondarma İŞİD xilafətinin dağılmasının ardınca bu gün İslam İnqilabının Böyük Rəhbəri və İran Silahlı Qüvvələrinin Ali Baş Komandanına ünvanladığı təbrik müraciətində bildirib: Hərçənd İŞİD-in başa çatması Amerikanın və Ağ Evin regional və regiondankənar himayədarlarının nəhs hökmranlıqlarının yığışdırılması müjdəsini verir, amma İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının strateji qeydləri düşmən qarşısında sayıqlıq vacibliyini bir zərurət və qaçılmaz bir prioritet kimi İranın silahlı qüvvələrinin qarşısına qoyub.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əlavə edib: İranın silahlı qüvvələri İslamın qatı düşmənləri və terrorizmlə mübarizə üçün əzmkarlıq və iradə, həmçinin regional həmkarlıqla oxşar fitnələrin baş verməsinin qarşısını almaq üçün əllərindən gələni edəcəklər.

General-leytenant Baqeri bildirib ki, İslam İnqilabının düşmənləri sakit və dinc qalmayacaqlar. O, belə qeyd edib: İran İslam Respublikasının silahlı qüvvələri İslam İnqilabının Böyük Rəhbərinin fərmanları altında müdafiə önləyici qüdrətini, eləcə də islami quruluşu və inqilabı qorumaqla düşmən cəbhəsini fəth etməyə davam edəcəklər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymani çərşənbə axşamı günü səhər, İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı bir məktubda İŞİD-in xəbis şəcərə hökmranlığının bitdiyini elan və bu böyük qələbə münasibətilə Ayətullahuluzma Xameneini və İslam dünyasını təbrik etdi.

Teqlər