Dek 04, 2017 16:37 Asia/Baku
  • Qasemi: İranın Yəməndəki səfirliyində yanğın baş verməyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın Yəmənin paytaxtı Səna şəhərindəki səfirliyində hər cür yanğının baş verməsini təkzib edib və bildiribdir ki, Yəməndə heç bir iranlı diplomat yoxdur.

Bundan öncə Skay Nyus telekanalı bu gün səhər yerli mənbələrə istinadla İran İslam Respublikasının Yəmənin paytaxtındakı səfirliyində yanğının baş verməsindən xəbər vermiş və bildirmişdi ki, bu yanğın Sənadakı son döyüşlərin ardınca baş veribdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Fars xəbər agentliyi ilə müsahibədə İranın Sənadakı səfirliyində yanğının baş verməsinə dair xəbərləri rədd edərək, əlavə edib: İranın Yəməndəki səfirliyində yanğının baş verməsi barədə iranlı rəsmilərə heç bir məlumat təqdim olunmayıbdır.

Qasemi belə qeyd edib: Ötən iki gün ərzində Sənada, İran səfirliyinin yerləşdiyi məntəqədə döyüşlər gedib, amma İran səfirliyinə qarşı bir təcavüz baş verməyibdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü eyni zamanda deyib: Ola bilsin, döyüşlər nəticəsində İranın Yəməndəki səfirliyinin binasına bir qəlpə dəymiş olsun, amma heç bir yanğın baş verməyibdir.

Yəmənin paytaxtı son günlər Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin qüvvələrilə Ənsarullah hərəkatının tabeliyində olan ordu və xalq komitələri qüvvələri arasında döyüşlərin şahidi olubdur.

Russia Əlyəum informasiya kanalı yəmənli mənbələrə istinadla bildirib: Yəmənin paytaxtı Səna şəhərindəki son döyüşlər zamanı kommunikasiya şəbəkələrinin zərər çəkmələrinin ardınca təcavüzkar səud koalisiyası özünün hərbi təyyarələrilə Əli Abdullah Salehin tabeliyində olan qüvvələr üçün silah və simsiz rabitə avadanlıqları göndərir.

Teqlər