Dek 06, 2017 16:57 Asia/Baku
  • Ruhani: Müsəlmanlar imperializm və sionizm qarşısında ayıq-sayıq olmalıdır

İran İslam Respublikası prezidenti beynəlxalq imperializm, ABŞ və sionizmin həmişə region xalqları əleyhinə məkrli planlar ardınca olduğunu bildirərək düşmənlərin məkrli planları qarşısında islam ölkələri və xalqlarının şücətli müqaviməti və ayıq-sayıqlığı qorumasının vacibliyini qeyd edib.

İran Prezident Aparatı informasiya portalının məlumatına görə, Prezident Həsən Ruhani çərşənbə günü İran İslam Respublikası dövlət rəsmiləri, islam ölkələri səfirləri və 31-ci Beynəlxalq İslam Vəhdəti Konfransının qonaqlarının İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ilə görüşündə islam dünyasının hazırkı problemlərini Quran Kərim və Vəhydən uzaqlaşmasının nəticəsi adlandırıb və deyib: Regionun müsəlman xalqlarının terrorçular qarşısında qələbə çalmasından sonra, imperializm və sionizm yeni məkrli planlar düşünməkdədir. 

Ruhani ABŞ, Qüdsü işğal etmiş rejim və onların nökərləri qarşısında ayıq-sayıqlığın vacibliyini qeyd edib və deyib: Düşmənlər regionda müdaxilələrini artırıb və müsəlmanların əmlakından istifadə edərək Yaxın Şərqi silah anbarına çeviriblər. 

İran İslam Respublikası prezidenti Qüds-Şərifin azad olunmasının hədəfə çevrilməsini islam dünyası düşmənlərinin yeni məkrli planı adlandırıb və deyib: Qüds islam və Fələstinə aiddir. 

Ruhani deyib: İran İslam Respublikası müzakirə yolu ilə problemlərin həllini istəyir. Lakin heç vaxt bölgədə sərhədlərin dəyişilməsi ilə razı deyildir və zalımın islam müqəddəslərinə təcavüzü qarşısında müqavimət göstərəcək. 

İran İslam Respublikası prezidenti müsəlmanlar, o cümlədən Fələstin xalqının Qüdsün sionist rejimin paytaxtı olaraq elan olunması məkrli planı qarşısında vahid səslə ayağa qalxmasını vurğulayıb və əlavə edib: Bu istiqamətdə islam ölkələri və İslam Əməkdaşlıq Təşkilatının üzərinə ağır məsuliyyət düşür. 

Teqlər