Dek 18, 2017 21:32 Asia/Baku
  • İslam ölkələrinin parlamentlərarası birliyinin Fələstin komitəsi Trampın hərəkətini pisləyib
    İslam ölkələrinin parlamentlərarası birliyinin Fələstin komitəsi Trampın hərəkətini pisləyib

İslam ölkələrinin parlamentlərarası birliyinin Fələstin komitəsi vurğulayıb: Amerika prezidentinin anti-Qüds hərəkəti Fələstin xalqının hüquqlarına aşkar təcavüzdür.

İslam ölkələrinin parlamentlərarası birliyinin Fələstin komitəsinin Tehranda keçirilən fövqəladə iclasının yekun bəyanatında Fələstin məsələsinin və İslam ümmətinin əbədi paytaxtı kimi Qüds şəhərinin mehvər olmasına təkid edilərək, deyilir: Sionist rejimin Qüds şəhərinin əhali tərkibi, mahiyyəti, müqəddəs islami və xristian məkanları və tarixi durumunu dəyişmək hədəfilə göstərdiyi səylər əbəsdir.

Bu bəyanatda vurğulanır: Fələstin xalqının hüquqlarının reallaşması bütün didərginlərin geri dönmələri, işğaldan azadolma və müstəqil Fələstin dövlətinin yaradılması ilə öz əksini tapacaqdır.

İslam ölkələrinin parlamentlərarası birliyinin Fələstin komitəsi Amerika prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı kimi elan etmək üzrə hərəkətini Fələstin xalqının hüquqlarına qarşı aşkar təcavüz adlandıraraq, əlavə edib: Bu hərəkət regiondakı gərginliyi artıracaq və regionu daha artıq hərc-mərcliyə və zorakılığa doğru sürükləyəcəkdir.

Fələstin komitəsi habelə BMT-nin Təhlükəsizlik Şurasından Fələstinin bu təşkilata tam üzvlüyü barədə addım atmasını istəyərək, vurğulayıb: Fələstinlilərin milli barışıq razılaşmasının icrasının sürətləndirilməsi zəruridir ki, milli birlik və bütün imkanların səfərbər edilməsilə Fələstin məsələsinin qarşısında duran xətərlərlə mübarizə aparılmış olsun.

İslam ölkələrinin parlamentlərarası birliyinin Fələstin komitəsinin fövqəladə iclası bu gün on bir islami ölkənin iştirakı ilə Tehranda keçirilibdir.

Teqlər