Yan 16, 2018 12:42 Asia/Baku
  • General Baqeri: İranın silahlı qüvvələri müxtəlif təhdidlərlə mübarizəyə hazırdırlar
    General Baqeri: İranın silahlı qüvvələri müxtəlif təhdidlərlə mübarizəyə hazırdırlar

İran İslam Respublikasının Silahlı Qüvvələrinin baş qərargah rəisi bu qüvvələrin müxtəlif təhdidlərlə mübarizə hazırlığını vurğulayıb.

General-leytenant pasdar Mohəmməd Baqeri bu gün bildirib ki, İranda silahlı qüvvələr məsuliyyət, qüdrət və çəkindiricilik bacarığı ilə təşkil olunub və bu qüvvələr ölkənin təhlükəsizliyinin qorunması və təhdidlərlə mübarizə sahəsində mühüm məsuliyyətə malikdirlər. O, bildirib ki, İran zalım  qüvvələr dünyasının plan və əməllərini pozubdur.

General-leytenant Baqeri daha sonra bildirib ki, İran İslam Respublikası region xalqlarının dünyanın zalım  qüvvələrinin istilasından xilas edilməsində liderdir. O, qeyd edib ki, İran İslam İnqilabı öz amalları və hədəflərinə doğru sürətlə hərəkət edir.

Teqlər