Yan 16, 2018 13:56 Asia/Baku
  • Ruhani: İslam dünyasının problemlərilə mübarizə yolu, xarici qüdrətlərə söykənmək deyil
    Ruhani: İslam dünyasının problemlərilə mübarizə yolu, xarici qüdrətlərə söykənmək deyil

İran İslam Respublikasının prezidenti deyib ki, İslam dünyasının problemlərilə mübarizə yolu, xarici qüdrətlərə baxmaq və onlara söykənmək deyil.

Həsən Ruhani qırx bir İslam ölkəsinin iştirakı ilə Tehranda keçirilən İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransında deyib: İran bütün ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət edərək, İslam ümmətinin problemlərinin kökünün kəsilməsi yolunu bütün İslam ölkələrinin həmrəyliyi və həmkarlığı hesab edir.

Bəzi ölkələrin Amerikanın və sionist rejimin təlqinləri altında İslam ümməti arasında təfriqə salmalarına toxunan İran İslam Respublikasının prezidenti söyləyib: Yaxın Şərqin sabitliyi və təhlükəsizliyinin pozulmasının ən mühüm səbəbi, Amerika hökumətinin sionist rejimə olan hərtərəfli və tərəfbazlıq dəstəkləri və Fələstin xalqının Qüds paytaxt olmaqla müstəqil Fələstin dövlətinin təşkilində özünün ibtidai hüquqlarından məhrum olmasıdır.

Ruhani bildirib ki, İran İslam ölkələrilə əlaqələrini islami dostluq və mərhəmət əsasında qurur. O, vurğualyıb ki, İran heç bir İslam ölkəsini özünün rəqibi bilmir və inanır ki, hətta fikir ayrılığına malik olduğu İslam ölkələrilə belə, qarşılıqlı hörmət əsasında dialoq apara və əməkdaşlıq edə bilər.

Teqlər