Yan 16, 2018 16:20 Asia/Baku
  • İran ABŞ-ın Suriyadakı yeni hərəkətlərinə reaksiya verib
    İran ABŞ-ın Suriyadakı yeni hərəkətlərinə reaksiya verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ rəsmilərinin Suriyada yeni sərhəd qüvvələrinin təşkilinə dair sözlərinə toxunaraq, onu, ölkələrin daxili işlərinə aşkar müdaxilənin bariz nümunəsi adlandırıb.

Dırnaqarası anti-İŞİD amerikan koalisiyası bildirib ki, suriyalı kürd qruplarla yanaşı, Suriyada yeni qüvvə yaratmaq fikrindədir.

Bəhram Qasemi deyib: Amerikalıların bu münasibət və qərarı elə bir zamanda aşkar olur ki, Suriya ordusu və onunla müttəfiq qüvvələr İŞİD və Cibhətunnusrə terror qrupları ilə mübarizədə böyük və qiqqətəlayiq qələbələr əldə ediblər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: Amerikanın regiondakı təxribatçı və müdaxilə mahiyyətli siyasətlərini dəyişərək, mümkün olan tez bir zamanda öz qüvvələrini Suriyadan çıxarması və bu ölkə xalqının öz taleyi və gələcəyi barədə xalqın əksər hissəsinin istədiyi kimi qərar qəbul etməsinin vaxtı gəlib çatıbdır.

Teqlər