Yan 20, 2018 18:18 Asia/Baku
  • İran, Türkiyə və Rusiya Soçidə bir araya gəliblər
    İran, Türkiyə və Rusiya Soçidə bir araya gəliblər

İran İslam Respublikası xarici işlər nazirinin müavini, Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi və Türkiyə xarici işlər nazirinin müavini Soçidə keçirilən üçtərəfli iclasda bir araya gələrək, Suriya böhranını müzakirə ediblər.

İRNA-nın məlumatına görə, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini və İranın Suriya sülh prosesindəki baş müzakirəçisi Hüseyn Cabiri Ənsari, Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev və Türkiyə xarici işlər nazirinin müavini Sedat Ünal 29-30 yanvar tarixində Soçidə keçiriləcək Suriya Milli Konqresinin gündəmində duracaq məsələlər bəarədə fikir mübadiləsi aparıblar.

Aleksandr Lavrentiyev iclasın əvvəlində Suriya Milli Konqresinin keçirilməsi üçün görülən hazırlıq işləri barədə digər tərəfləri məlumatlandırıb. Daha sonra İran və Türkiyənin nümayəndə heyətlərinin başçıları öz düşüncələrini paylaşıblar.

Soçidə Suriya Milli Konqresinin keçirilməsi ilə bağlı razılıq İran, Rusiya və Türkiyə prezidentlərinin 2017-ci il noyabr ayında Soçidə baş tutan sammitində əldə olunub.

İran xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ənsari cümə günü bir nümayəndə heyətinin başında Rusiyaya səfər edib.

Teqlər