Fev 15, 2018 17:49 Asia/Baku
  • Bəhram Qasimi
    Bəhram Qasimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası heç vaxt başqalarının İranın sülhməramlı önləyici və müdafiə qüdrətinin azalması istiqamətində çalışmasına imkan verməyəcək.

İran XİN-in mətbuat katibi Bəhram Qasimi Fransa prezidentinin İranın raket proqramı haqda son açıqlamasına reaksiyada deyib: İranın raket potensialı önləyici və müdafiə siyasətlərinə əsaslanan hərbi doktrina çərçivəsindədir. Real təhlükə ABŞ və bəzi Avropa ölkələrinin regionun bir sıra ölkələrinə modern silahlar satmasıdır. Bu da təhrikedici hərəkət hesab olunur. 

İran XİN sözçüsü bildirib: Fransa prezidentinin regionun proseslərinə baxışına dair son açıqlaması reallığı əks etdirmir və belə tərəfkeş funksiya vəziyyətin yaxşılaşmasına kömək etməyəcək. 

Qasimi əlavə edib: İran İslam Respublikası son illər Fars körfəzi ətrafındakı ölkələrin iştirakı ilə bütün bölgə ölkələrin əməkdaşlığı çərçivəsində stabillik və təhlükəsizliyi yaratmaq məqsədilə təhlükəsizlik tədbirlərinin yaradılması üzrə təşəbbüskar olmuşdur və regiondan kənar ölkələrin İranın müdafiə potensialları ilə bağlı saxta nigaranlıqlarını qəbuledilməz hesab edir. 

İran Xİn sözçüsü bildirib: İran İslam Respublikası məntiqli baxışı və şəraiti dərk etməklə Avropanın da həmrəylik, müstəqillik, Yaxın Şərq regionu və dünya proseslərinə düzgün baxışına malik olaraq dünya sülhü və təhlükəsizliyi istiqamətində daha dəqiq addımlar atmasını gözləyir. 

Fransa prezienti Emmanuel Makron müdaxilə xarakterli açıqlamasında bildirib: İranın raket qüdrəti beynəlxalq nəzarətə keçməlidir. 

Teqlər