Fev 18, 2018 10:26 Asia/Baku
  • Ruhani Tehrana qayıdıb

İran İslam Respublikası prezidenti Hindistana olan 3 günlük səfərini başa vuraraq, bu gün səhər Tehrana qayıdıb.

İRNA-nın məlumatına görə, Həsən Ruhani mədəni və siyasi proqramlar ilə  yanaşı olan səfəri çərçivəsində ilk olaraq cümə axşamı Heydərabad şəhərinə daxil olmuşdu. Ruhani Hindistanda yaşayan iranlıların tarixi və mədəni əsərlərinə baxış keçirmiş, daha Məkkə məscidində cümə namazında iştirak etmişdi. Daha sonra cümə namazı iştirakçıları və Hindistanda yaşayan iranlılar qarşısında çıxış edən İran prezidenti İran və Hindistan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə təkid edib. 

İran İslam Respublikası prezidenti səfərin ikinci mərhələsində şənbə günü Yeni Dehlidə Hindistan prezidenti Ram Nat Kovind və baş nazir Narendra Mudi ilə görüşüb, danışıqlar apardıqdan sonra, iki ölkə arasında əməkdaşlıq sənədlərinin imzalanması mərasimində iştirak edib. 

Həsən Ruhani daha sonra Hindistan ziyalıları, siyasi, mədəni və ictimai xadimlər ilə görüşüb.

Teqlər