Mart 04, 2018 14:57 Asia/Baku
  • İranda daha iki yeni dərman preparatının təqdimatı olub
    İranda daha iki yeni dərman preparatının təqdimatı olub

İranlı mütəxəssislər ürək-damar xəstəlikləri və Hepatit-C xəstəliyinin önlənilməsi və müalicəsi üçün olan iki yeni dərman preparatını istehsal etməyə nail olublar. İranın səhiyyə nazirinin iştirakı ilə Tehranda, Şəriəti xəstəxanasında bu dərman preparatlarının təqdimat mərasimi keçirilib.

Ürək-damar xəstəliklərinin önlənilməsi və müalicəsi üçün olan "polypill"  və hepatit-c xəstəliyinin önlənilməsi və müalicəsi üçün olan "Sudak" adlı dərman preparatları Tehranın Tibb Universitetinin qara ciyər və mədə-bağırsaq araşdırmalar mərkəzinin mütəxəssisləri tərəfindən düzəldilib.

Bu dərman preparatları bazar günü İranın səhiyyə naziri Həsən Qazızadə Haşeminin iştirak etdiyi bir mərasimdə təqdim olunublar.

Tehranın Şəriəti Xəstəxanasının qara ciyər və mədə-bağırsaq araşdırmalar mərkəzinin direktoru Rza Məlikzadənin dediyinə görə, "Sudak" dərmanı beynəlxalq səviyyədə və dünyanın etibarlı elmi jurnallarında geniş maraq oyadıb. Bu dərman preparatı hepatit-c xəstəliyinin önlənilməsi və müalicəsində təsirli rol oynaya bilər.

Sudak dərman preparatı qara ciyərdə yağlanmanı və serrozu önləməklə hepatit-c xəstəliyinin  yaranmasına mane olur.

Teqlər