Mart 21, 2018 10:04 Asia/Baku
  • Zərif Trampın küdurətli sözlərini cavablandırıb
    Zərif Trampın küdurətli sözlərini cavablandırıb

İran İslam Respublikasının xarici işlər naziri çərşənbə axşamı günü Birləşmiş Ştatların prezidenti Donald Trampın Novruz təbriki mesajı şəklində yayılan küdurətli sözlərinə reaksiya verib.

Fars xəbər agentliyinin məlumatına görə, Məhəmməd Cavad Zərif twitterdə Trampı naşı bir lider adlandırıb və bildirib ki, onun tarix, siyasət və diplomatiya barədəki məlumatını 280 hərfdə, bir twitter mesajı həcmində xülasələşdirmək olar.

İranın xarici işlər naziri deyib: İranlılar min illərlə sivilizasiya ilə elə dərin bir tarixə malikdirlər ki, yenicə hakimiyyət üzü görmüş naşı bir liderin axmaqcasına hörmətsizliklərinə məhəl qoymaya bilərlər.

Öz anti-İran baxışlarını bildirmək üçün heç bir fürsəti buraxmayan Donald Tramp bazar ertəsi günü gecə Novruzu təbrik etmək bəhanəsilə özünün puç və anti-İran iddialarını bir daha təkrar etdi.

Tramp həmçinin Suriya və İraqda Vaşinqtonun və onun müttəfiqlərinin, xüsusən Ərəbistanın himayə etdikləri terrorçularla mübarizədə əsas rol oynayan İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ı düşmən ordu adlandırıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu İraq və Suriyanın rəsmi xahişləri ilə təkfirçi-terrorçu qruplarla mübarizədə bu ölkələrə məsləhət yardımı göstərir. Bu addım heç bir vəchlə Trampın və onun müttəfiqlərinin xoşlarına gəlmir.

Trampın Amerikada hakimiyyətə gəlməsilə Ağ Ev İran İslam Respublikasına qarşı daha düşmən siyasətlər yürüdür.

İran regionda səud-sionist-amerikan mehvərinin fitnələri və hərəkətləri ilə mübarizədə başlıca rol oynayır.

Teqlər