Mart 23, 2018 21:00 Asia/Baku
  • General Əsədi: İmperializmlə mübarizənin xərci azdır
    General Əsədi: İmperializmlə mübarizənin xərci azdır

Xatəmulənbiya(s.ə.s.) quruculuq qərargahının təftiş üzrə məsul şəxsi deyib ki, sazişə nisbətən imperializmlə mübarizənin İran İslam Respublikası üçün xərci azdır.

Xatəmulənbiya(s.ə.s.) quruculuq qərargahının təftiş üzrə məsul şəxsi general-mayor pasdar Mohəmməd Cəfər Əsədi bu gün İranın cənub-qərbində yerləşən Dezful şəhərində beynəlxalq imperializmin İran İslam İnqilabı ilə uzun keçmişə malik olan düşmənçiliyinə toxunaraq, əlavə edib: İslam İnqilabı əsrin möcüzəsi idi və ömründən qırx il keçəndən sonra bu inqilab günbəgün daha da güclənir.

General Əsədi müsəlman ölkələrin dünyanın zalım qüvvələri ilə mübarizədəki oyanışına və düşmənlər qarşısındakı müqavimətinə işarə edərək, deyib: Düşmən şiə ilə sünni arasında ixtilaf və ayrılıq salmaq üçün böyük səy göstərir.

Teqlər