Apr 10, 2018 17:53 Asia/Baku
  • Ordu generalı Cəfəri: İslam İnqilabının nailiyyəti müdafiə və təhlükəsizlik məsələlərinə qələbədir
    Ordu generalı Cəfəri: İslam İnqilabının nailiyyəti müdafiə və təhlükəsizlik məsələlərinə qələbədir

İslam İnqilabının Keşikçilər Korpusu Sepahın baş komandanı müdafiə və təhlükəsizlik məsələlərinə qələbəni İran islam İnqilabının böyük nailiyyətlərindən adlandırıb.

İRİB-in məlumatına görə, ordu generalı Məhəmməd Əli Cəfəri çərşənbə axşamı günü Sepahda Vəliyyi Fəqihin nümayəndəliklərinin rəsmiləri və direktorlarının toplantısında deyib: İslam İnqilabına uyğun şəkildə təfəkkürə hakim olmaq və idarəçiliyin dəyişilməsi İran İslam Respublikası üçün müqəddəs müdafiə dövrü kimi qürurverici qələbələri reallaşdırdı. 

Ordu generalı Cəfəri əlavə edib: İran xalqı bütün həssas səhnələrdə İslam İnqilabının müdafiəsində ayıq-sayıqlıqla duracaq və düşmənlərə əl uzatmaq icazəsi verməyəcək. 

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı islam, inqilab, inqilab prinsipləri əsil islam baxışları ilə uyğun təfəkkürün İranı inkişaf. iqtidar və başıucalığa doğru irəlilətdiyini bildirərək əlavə edib: Xalqın dini baxışa əsaslanan quruluş və inqilabın prinsipinə əsil inancı İslam İnqilabını indiyədək qoruyub və gələcəkdə də qoruyacaqdır. 

Teqlər