Apr 24, 2018 10:32 Asia/Baku
  • Zərif: Amerika ƏMTP-nin 36-cı maddəsini rəsmən pozub
    Zərif: Amerika ƏMTP-nin 36-cı maddəsini rəsmən pozub

İran İslam Respublikasının xarici işlər naziri İranın Trampın ƏMTP barədə qərarını verməsindən sonrakı seçimlərindən birinin müştərək ƏMTP komissiyasına şikayətlə müraciət etməsi olacağını bildirərək deyib: Bu dəfə ƏMTP-nin 36-cı maddəsinin açıq-aşkar pozulmasına istinad olunur.

İRNA-nın verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif dünən Birləşmiş Millətlər Təşkilatında Belçikanın XİN başçısı Didier Reinders ilə görüşündə son iki ildə İranın 11 dəfə rəsmi şəkildə ƏMTP komissiyasına şikayət etdiyini xatırladaraq deyib: Bu dəfə rəsmi şəkildə ƏMTP-nin 36-cı maddəsinə istinad ediləcək. Bu ƏMTP-nın açıq-aşkar pozulmasına cavab olacaq. 

Zərif Avropanın Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramında qalmasına dair səylərinə də münasibət bildirib: Avropalılar İranın ƏMTP-də saxlanılmasının prioritet təşkil etməli olduğuna diqqətli olmalıdırlar. 

Məhəmməd Cava Zərif deyib: İran ƏMTP əsasında öz üzərinə düşən bütün öhdəliklərini düzgün şəkildə həyata keçirib və avropalılar amerikalıları növbəti iddialar səsləndirməyin yerinə öz öhdəliklərini yerinə yetirməyə vada etməlidirlər. 

Teqlər