Apr 26, 2018 09:34 Asia/Baku
  • 35-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinin sonunda İslam ümmətinin birliyi vurğulanıb

İranda keçirilən 35-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinin yekun bəyanatında Qurani-Kərimin vəhdətyaradıcı xüsusiyyətinə söykənməyə təkid olunub.

35-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinin yekun bəyanatında dünya imperializminin və beynəlxalq sionizmin İslam ümmətində ixtilaf yaratmaq üzrə səylərinə işarə olunaraq, vurğulanıb ki, Qurani-Kərimə arxalanmaq və onun təlimlərinə əməl etmək, İslam ümmətinin yeganə nicat yoludur.

Bəyanatın davamında deyilir: İslam ümmətinin Quran istedadları toplantısının dostlar və düşmənlər üçün mesajı, İslam ümmətinin birliyi, həmçinin bu ümmətin hazırkı həssas zaman keçidi və bu sərt tarixi dolanbacdan qüdrət və izzətlə keçməsi mesajıdır.

Bu bəyanat İslam dünyasının elitasına xitabən vurğulayıb: Bu Quran toplantısının müraciəti, İslam ümmətinin kütlələri arasında islami rəhmət və dostluğu genişləndirmək, tağuta, eləcə də kiçik və böyük şeytanlara qarşı çıxmaq, İslam dünyasının düşmənləri ilə əlaqəni və onlara bağlılığı rədd etməkdir.

35-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsi 84 ölkənin nümayəndələrinin iştirakı ilə aprelin 20-də Tehranda başlanıb və onun bağlanış mərasimi dünən axşam İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin iştirakı ilə keçirilibdir.