Apr 29, 2018 09:12 Asia/Baku
  • Zərif Moskva üçtərəfli iclasında iştirakdan sonra Tehrana döndü

İran xarici işlər naziri Moskvaya bir günlük səfəri çərçivəsində Rusiya və Türkiyə xarici işlər nazirləri ilə birlikdə Suriya haqda üçtərəfli iclasda iştirak etdikdən sonra Tehrana dönüb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü Moskva aeroportuna daxil olarkən jurnalistlərə deyib: Kimyəvi silahdan istifadənin olunmasını sübut etmək üçün tərəfsiz beynəlxalq mütəxəssislərdən həmin məkanda istifadə olunmalıdır və heç bir ölkənin reaksiya addımı atmaq haqqı yoxdur. 

Zərif həmçinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə ikitərəfli münasibətlər, iqtisadiyyat və bank əməkdaşlıqları, eləcə də regional proseslər haqda məsləhətləşmə aparıb. 

İran xarici işlər naziri Rusiya xarici işlər naziri Sergey Lavrovla da müxtəlif məsələlər, o cümlədən Əhatəli Müştərək Təşəbbüs Proqramı haqda fikir mübadiləsi aparıb. 

İranın xarici işlər naziri Moskva səfərində İran və Rusiya xarici işlər nazirləri ilə birlikdə üçtərəfli iclasda iştirak edib və Lavrov və Çavuşoğlu ilə birgə mətbuat konfransında əldə olunan razılaşmaları açıqlayıb. 

İran xarici işlər naziri "Hamı qəbul etməlidir ki, hərbi məqsədləri müzakirə masası arxasında əldə etmək olmaz" deyərək bildirib: Dünya ictimaiyyəti üçün bu şəraidə Suriyanın yenidən bərpası üçün bu ölkə vətəndaşlarının köməyinə tələsməsi zəruridir və bu bərpa siyasi tələbləri tətbiq etmək üçün hərəkətə çevrilməməlidir. 

Teqlər