May 20, 2018 22:03 Asia/Baku
  • Ruhani futbol yarışlarının əhəmiyyətini vurğulayıb
    Ruhani futbol yarışlarının əhəmiyyətini vurğulayıb

İran İslam Respublikası prezidenti İranın yığma futbol komandasının üzvləri və texniki kadrından qələbə çalaraq İran xalqını sevindirmək üçün bütün səylərini səfərbər etmələrini istəyib.

İİR prezidenti Həsən Ruhani bu gün İdman və Gənclər Nazirliyinin və Futbol Federasiyasının rəhbərləri eləcə də  İranın yığma futbol komandasının üzvləri və texniki kadrı ilə görüşündə bu gün yığma komandanı İran xalqı adından yola saldığından sevincini ifadə edərək deyib: Sizin yüksək ruhiyyəniz, səyləriniz və təlimatınızı nəzərə alaraq qələbə əlcatandır. 

İİR prezidenti qələbə və yaxşı uğurun əhəmiyyətinə toxunaraq deyib: Dünyada milyardlar insan qədim və iftixarlı keçmişə malik olan əzəmətli bir ölkə olan İranın yığma futbol komandasının oyununu seyr edəcək. 

Teqlər