May 26, 2018 16:59 Asia/Baku
  • İran dünyada 3-cü qoz istehsalçısıdır
    İran dünyada 3-cü qoz istehsalçısıdır

İranın Kənd Təsərrüfatı Nazirliyinin quru və soyuq iqlimlərin mevələri üzrə idarəsinin baş direktoru deyib: İslam Respublikası qoz bağları baxımından ikinci, bu məhsulun istehsalı baxımından isə dünyanın üçüncü ölkəsidir.

İRİB-in məlumatına görə, İranın Kənd Təsərrüfatı Nazirliyinin quru və soyuq iqlimlərin mevələri üzrə idarəsinin baş direktoru Şükrulla Hacıvənd deyib: Çin 425 min hektar, İran 157 min hektar, ABŞ 110 min hektarla qoz ağaclarının əkilməsi baxımından dünyanın ilk üç ölkəsidir.

Hacıvənd əlavə edib: Çin ildə 1 milyon 600 min ton, ABŞ 518 min ton və İran isə 260 min ton istehsalla birinci-üçüncü yerlərdə qərarlaşırlar.

İranın Kənd Təsərrüfatı Nazirliyinin quru və soyuq iqlimlərin mevələri üzrə idarəsinin baş direktoru proqnoz edib ki, İranda qoz bağlarının islah edilməsi və yenilənməsi ilə məhsul artımı olacaqdır.

Teqlər