May 29, 2018 12:10 Asia/Baku
  • Tehranda 2 terror dəstəsi məhv edilib
    Tehranda 2 terror dəstəsi məhv edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Məhəmməd Rəsulallah qərargahının komandanı Tehranda 2 terror dəstəsinin məhv ediməsindən xəbər verib.

General-mayor Məhəmməd Rza Yəzdi bazar ertəsi axşam Tehranda İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in vəfatının 29-cu ildönümü mərasiminin təşkilatçı komitələrinin koordinasiya iclasının kənarında jurnalistlər qarşısında deyib: İmam Xomeyni(rə)-in vəfatının ildönümü mərasimində təxribat törətməyə çalışan 2 terror dəstəsinin üzvləri həbs olunub. 

General-mayor Yəzdi əlavə edib: İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah düşmənlə mübarizəyə tam hazırdır və düşmənin istənilən hərəkəti güclü zərbə ilə cavablandırılacaq. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Məhəmməd Rəsulallah qərargahının komandanı həmçinin, zəvvarların İmam Xomeyni(rə)-in vəfatının ildönümü mərasimində iştirakı üçün bütün lazımi ahəngdarlığın yaradılmasına işarə edərək, deyib: Düşmənlərin İran İslam Respublikası quruluşu ilə düşmənçiliyi sərhəd tanımır. Buna görə də, bu mərasimin möhtəşəm formada keçirilməsi üçün bütün təhlükəsizlik və müdafiə tədbirləri həyata keçirilib. 

4 iyun 2018-ci il İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in vəfatının 29-cu ildönümü günüdür. 

Teqlər